Respublikanın regionları üzrə COVID-19-a yoluxma statistikası açıqlandı
    • 18-11-2020, 10:46
    • 473

Respublikanın regionları üzrə COVID-19-a yoluxma statistikası açıqlandı

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

News24.az
"koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 53.5 faiz, Abşeronda yoluxma 13.8 faiz, Aranda 11.3 faiz, Gəncə-Qazaxda 7.2 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.2 faiz, Dağlıq Şirvanda 1.9 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.7 faiz təşkil edir.