Bakıda ən çox yoluxma Binəqədidədir
    • 18-11-2020, 11:14
    • 408

Bakıda ən çox yoluxma Binəqədidədir

Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

News24.az
koronavirusinfo.az saytına istinadən verdiyi xəbərə görə, paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 14.7 faiz təşkil edir.

Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.3 faiz, Suraxanıda 8.4 faiz, Nəsimidə 8.3 faiz, Nərimanovda 8.0 faiz, Nizamidə 7.3 faiz, Qaradağda 6.3 faiz, Xəzərdə 6.3 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.