Aisel Gəncə və Bərdədə həlak olan uşaqlar üçün mahnı yazdı - Alim Qasımovla duet -
    • 18-11-2020, 15:17
    • 757

Aisel Gəncə və Bərdədə həlak olan uşaqlar üçün mahnı yazdı - Alim Qasımovla duet - "Yat rahat"

Xalq artisti Alim Qasımov və Azərbaycanın "Eurovision" təmsilçisi Aisel "Yat rahat" adlı yeni dueti təqdim ediblər.

News24.az
xəbər verir ki, layihə ermənilərin Gəncə və Bərdədə törətdikləri terrorlar nəticəsində həlak olan uşaqlara həsr olunub. Aisel bildirib ki, ölkədə baş verən hadisələrlə əlaqədar olaraq neçə vaxtdır ki, emosional vəziyyətdədir:"Təəssüf ki, son bir ayda sevincli xəbərlərlə yanaşı, hər birimizə güclü təsir göstərən faciəli hadisələr də baş verdi. Etiraf edirəm ki, aktual hadisələr mövzusunda material yazmaq fikri dərhal deyil, mülki şəxslərin, o cümlədən uşaqların atəşə tutulduğu Gəncədəki terrordan sonra gəldi. Bu, məndə dərin təəssürat yaratdı və həqiqətən təsiredici və ürəylərə toxunan, bir mahnı yazmaq istədim. Mahnıların hazırlanması prosesində Bərdə şəhəri də atəşə tutuldu, burada da uşaqlar öldürüldü və layihəni erməni təcavüzünün qurbanı olan uşaqların xatirəsinə həsr etməyə qərar verdik. Layihədə üç mahnı var və bunlardan birincisi muğam ustası Alim Qasımovla birlikdə ifa etdiyimiz "Yat Rahat" mahnısıdır. Bu fikri onunla reallaşdırma fürsətinə sahib olduğum üçün çox şadam, çünki belə bir korifey ilə bir araya gəlmək, baş verənlərin kədərinin dərinliyini ifadə etməyə daha da çox imkanı yaratdı. Musiqi və sözlər özümə aiddir (AISEL), muğam hissəsindəki qəzəl Xosrov Sərtibi tərəfindən yazılıb. Aranjmanı Emin Kərim (STKHA), balaban və tütək partiyasını isə Coşqun Sadıqov səsləndirib".