Açıq məkanlarda da maska məcburi oldu
    • 19-11-2020, 14:03
    • 536

Açıq məkanlarda da maska məcburi oldu

Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Qərara əsasən, 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.