-
- 19-11-2020, 17:20
- 3 831
19 yaşlı Ramizin şəhid olma xəbəri, və ya CİNAYƏTƏ BƏRABƏR FOTO... - Ülkər Qasımova yazır
"Şuşa məscidini görürdüm, özümü anlayandan bəri orada namaz qılmaq ən böyük arzum olub. Arzuma çox yaxın idim, bu istəyimə çatmamış yaralandım. Şuşa məscidində gedib mütləq namaz qılacağam".
Bu cümlələri Şuşa döyüşlərində yaralanan 19 yaşlı Ramiz Quliyevin dilindən eşitdiyimdə çox təsirlənmişdim.
Onunla görüşümüz yaralandıqdan sonra gətirildiyi Şirvan rayon Mərkəzi Xəstəxanasında baş tutmuşdu. İş xanımı Ruhi Əliyevayla bərabər getdiyimiz xəstəxana səfərimiz yaralı hərbçilər üçün yardım məqsədi daşıyırdı. Ramizlə tanışlığım da elə o zaman oldu.
Görən kimi ikimizə də baxıb dayanmadan "Şuşa məscidində namaz qılmaq istəyirdim, arzum ürəyimdə qaldı" deməsi ilə mərd, yaşından çox böyük qətiyyətli, dönməz baxışları, saf çöhrəsi ilə yaddaşıma həkk olundu.
19 yaşında olan Ramiz balanın özündən, yaşından və ürəyindən böyük olan Vətən sevdası, Torpaq eşqi bizi valeh etdi.
Sözsüz, 44 günlük Vətən Müharibəsində yüzlərlə belə oğul tanıdıq, Qarabağımızı, Şuşamızı, Ağdamımızı, Kəlbəcərimizi, Xocalımızı yalnız sözlərdə, video və fotolarda görən gənc nəslin necə vətənpərvər olduqlarının şahidi olduq. Ramiz də o balalardandır. Cəmi bir gün idi Ramiz qəlpə yarası ilə sözügedən xəstəxanaya yerləşdirilmişdi. Qəlpə yarasını ayağından aldığı üçün hərəkət etməsində problem var idi. Buna baxmayaraq, Ramiz dayanmadan "mən burada qala bilmirəm, əsgər yoldaşlarımın yanına geri dönmək istəyirəm" deyirdi.
Bu görüşdən sonra Ramizlə mütəmadi olaraq maraqlanmağa çalışırdıq. 19 yaşlı bir ürəyin ən ümdə arzusu Şuşa məscidində namaz qılmaq olduğunu həmin görüşdən etibarən bir an belə unutmadım. Ramizin baxışlarındakı qətiyyət də onun bu arzusunu gerçəkləşdirmək üçün istənilən çətinliyi aşa biləcəyi açıq-aşkar görünürdü.
Və bu gün... Bu gün qarşımıza Ramizin bir fotosu çıxdı, üzərində ürəyi Vətənlə döyünən Ramizin şəhid olma xəbəri yer almışdı. "Bu necə olur" deyə dərhal Şirvan Mərkəzi Xəstəxanası ilə əlaqə saxladım. Bildirildi ki, Ramiz sağ və salamatdır, Göygöl Rayon Xəstəxanasında müalicə prosesi davam edir.
Bu qədərmi asandır şəhid olma xəbərini dəqiqləşdirmədən o ana və atanın köksünü ağrıtmaq? Sevdiklərinin ürəyinə daş bağlamaq? Bəli, Ramiz kimi qeyrətli və məğrur oğullara sahibdir Vətənimiz! O şəhid olmağa belə razı olan biridir - Vətən üçün son damla qanından belə keçməyə hazırdır. Amma Ramiz sağ və salamatdır, şəhid olmayıb!
Belə həssas məqamda insanların, əsgər valideynlərinin heysiyyatına toxunmaq cinayətdir! Bu, mənəvi cinayətdir!
P.S. Həmin fotonu "nadir nüsxə" kimi paylaşmaq istəyində deyiləm, çünki yad və Ramizi sadəcə kənardan görmüş biri kimi mənə bu qədər təsir edibsə, ailəsi bu fotonu bir daha gördüyündə hansı hissləri keçirməsi düşüncəsi belə məni qorxudur...
Ülkər Qasımova