"Vətən Müharibəsi ilə bərabər bizim ikinci cəbhədə olan müharibəmiz də davam edir" - Hikmət Hacıyev
    • 19-11-2020, 14:14
    • 459

"Vətən Müharibəsi ilə bərabər bizim ikinci cəbhədə olan müharibəmiz də davam edir" - Hikmət Hacıyev

"Vətən Müharibəsi ilə bərabər bizim ikinci cəbhədə olan müharibəmiz də davam edir. Bu müharibə koronavirusa qarşı həyata keçirilir".

News24.az xəbər verir ki, bunu Operativ Qərargahın bugünkü brifinqində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, dünyanın başqa ölkələrində də koronavirusa yoluxma halları ciddi sürətdə artır: "Bu bizi də narahat edir. Bizim özümüzdə də yoluxma halları pik həddədir. Azərbaycanın səhiyyə sistemi iki cəbhədə döyüşür. Onlar həm yaralı əsgərlərimizə, həm də COVİD xəstələrinə yardım edir. Bu baxımdan Operativ Qərargah bir sıra ciddi qərarlar aldı".