Hikmət Hacıyev yaşı 65-dən yuxarı olan vətəndaşlarımıza müraciət etdi
    • 19-11-2020, 14:16
    • 488

Hikmət Hacıyev yaşı 65-dən yuxarı olan vətəndaşlarımıza müraciət etdi

"Bütün vətəndaşlarımızdan xahiş edirik ki, sosial məsafəni qoruyub, maskadan istifafə etsinlər. Yaşı 65-dən yuxarı olan vətəndaşlarımız isə zərurət olmadığı halda kütləvi toplaşma yerlərindən uzaq olsalar, yoluxma sayına təsir göstərə bilərlər".

News24.az xəbər verir ki, bunu Operativ Qərargahın bugünkü brifinqində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın Tibb sistemi virusun Ordumuzda yayılması hallarının qarşısını alıb: "Bəzi istisna məqamlar olmaqla Ordumuza yoluxma halları ciddi şəkildə sirayət etməyib.Yaralı əsgərlərimizə Tibb personalı tərəfindən göstərilən diqqət və qayğını nəzərə alıb, sosial məsuliyyətimizj artırmalıyıq. Bizim yaralı əsgərlərimizin koronavisa yoluxma hallarının qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın tibb sistemindən gələn siqnallar onu göstərir ki, özünü müalicə halları artmaqdadır. Bu, qorxulu tendensiyadır. Adətən ağırlaşma hallarında tibb müəssisələrinə müraciət edirlər ki, bu, doğru deyil".