Erməni general:
    • 19-11-2020, 15:03
    • 674

Erməni general: "Ermənistan Müdafiə Nazirliyinin döyüşlərlə bağlı məlumatlarının 100 %-i yalan idi"

“Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin vəzifələrindən biri düşməni yanıltmaq idi. Ancaq bir standart var: yalan 30 %-i keçməməlidir. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatların isə 100 %-i yalan idi”.

News24.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan söyləyib:"44 günlük müharibə ərzində yayılan yalanlar Ermənistanı dərin böhrana salıb. Yaranmış vəziyyətə görə hələ oktyabrın 5-də Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa vermək qərarına gəldim, lakin döyüşlərin qızğın dövrü olduğuna görə qərarımı açıqlamadım. Buna görə insanlar və ordu arasında ortaya çıxan çoxsaylı suallar yaranıb.  Buradan ziddiyyətli fikirlər, məlumatlar ortaya çıxır.".