UEFA Ermənistana iki texniki məğlubiyyət verib
    • 21-11-2020, 10:28
    • 559

UEFA Ermənistana iki texniki məğlubiyyət verib

21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin iştirakçılarının tam siyahısı müəyyənləşib.

News24.az xəbər verir ki, sonuncu vəsiqə İslandiyaya nəsib olub.

Bunu İslandiya Futbol Assosiasiyası açıqlayıb. UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin qərarından sonra rəsmiləşib. Qurum seçmə mərhələnin baş tutmayan Ermənistan – İsveç və Ermənistan - İslandiya matçları ilə bağlı qərar verib.  

Koronavirus pandemiyası ilə əlaqədar oyunlara çıxmayan Ermənistana hər iki görüşdə texniki məğlubiyyət verilib.  Nəticədə xal hesabını 21-ə çatdıran İslandiya ən yaxşı qrup ikinciləri sırasına düşüb. Gələn il Macarıstan və Sloveniyada baş tutacaq yarışa digər vəsiqələrə Rusiya, İngiltərə, Danimarka, Almaniya, İspaniya, İtaliya, Niderland, Portuqaliya, Rumıniya, Fransa, Xorvatiya, Çexiya və İsveçrə sahib olub.

Qeyd edək ki, final mərhələsinin püşkü dekabrın 10-da atılacaq. /Apasport/