-
- 21-11-2020, 11:20
- 693
UEFA-nın "Qarabağ" - "Molde" matçı ilə bağlı məktubu üzə çıxıb
UEFA-nın sentyabrın 1-də Norveç Futbol Federasiyasına (NFF) göndərdiyi məktubun mətni üzə çıxıb.
News24.az "TV 2"yə istinadən xəbər verir ki, qitə futbol qurumunun baş katibi Corco Markettinin adından federasiyanın prezidenti Terye Svendsenə ünvanlanmış məktubda yerli hökumətin tətbiq etdiyi məhdudiyyətlər və sərhədlərin bağlanması baxımından Norveçin ən problemli ölkələrdən biri olduğu bildirilib.
Marketti qeyd edib ki, UEFA Norveç yığmasının Avstriya ilə UEFA Millətlər Liqasındakı ev oyunu (1:2) üçün istisna tətbiq edib. Qitə futbol qurumunun rəsmisi bu istisna müddətinin uzadılması üçün səlahiyyətlilərlə danışıqların aparılmasından xəbərdar olduğunu vurğulayıb: "Yalnız əsas yığma üçün tətbiq edilən istisna istəyimizə hələ tam uyğun gəlmir. Çünki U-21 millisi, qadınlardan ibarət yığma və klubların da oyunları da var".
Məktubda həmçinin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutmuş "Molde" - "Qarabağ" matçına da toxunulub: "Klub Azərbaycandan Norveçə döndükdə karantinə alınmalı olduğundan görüşü neytral meydana salmaq məcburiyyətindəyik. Çox güman ki, bu, Norveç klubları üçün səfər məhdudiyyətləri səbəbindən yeganə istisna olacaq".
Təzyiqlə üzləşən NFF isə, öz növbəsində, yerli hökumətə məktub göndərib. Yazılı müraciətdə ölkədə tətbiq olunan səyahət məhdudiyyətləri və karantin qaydalarının yığma və klubların UEFA turnirlərində iştirakını çətinləşdirdiyi vurğulanıb.
Qeyd edək ki, Kiprdə keçirilmiş "Qarabağ" - "Molde" görüşünün əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (6:5) Norveç komandası pley-offa vəsiqə qazanıb. /Report/