Saqqalına görə küçəyə çıxa bilməyən qadının son halı — FOTO / VİDEO
    • 16-10-2018, 10:30
    • 718

Saqqalına görə küçəyə çıxa bilməyən qadının son halı — FOTO / VİDEO

Saqqalına görə küçəyə çıxa bilməyən və ətrafdakı insanların sərt reaksiyalarına səbəb olan qadın ailə həyatını xilas etmək üçün Zahidə Yetişin verilişinə müraciət edib.

Gənc qadında baş verən dəyişiklik onu görənlərin çaşqınlığına səbəb olub. 

Zahidənin verilişinə çıxıb kömək istəyən Gülsərən xanımın hekayəsi tamaşaçıları göz yaşına boğmuşdu. Onun müalicəsinə start verilmişdi. Saqqalına görə son günlər hətta dükana da gedə bilməyən Gülsərən demişdi:

“Ətrafdakıların reaksiyasına görə ölüm barədə düşünürdüm. Mənə sadəcə ərim dəstək durdu. Ərimdən çox razıyam. O, mənə dəstək durmasaydı, daha pis vəziyyətdə olardım”.

Müalicə prosesində ilk dəfə ekrana çıxan Gülsərənin dəyişikliyi ərini və tamaşaçıları təəccübləndirib. Əri “Sevgilim çox gözəl olub” deyərək əlindəki gül buketini ona uzadıb.

//Ölkə.az