-
- 30-03-2020, 21:21
- 1 020
Bu şəxslər küçəyə maşınla da çıxa bilməz
"Məqsəd budur ki, insanlar maksim təcrid olunmalı və həyati əhəmiyyətli obyektlər işləsin. Ən zəruri hallarda insanların küçəyə çıxmasına icazə veriləcək".
News24.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, nəqliyyatın fəaliyyəti davam etdiriləcək:
"Bakı, Sumqayıt və Abşeron daxilində şəxsi maşınlardan istifadə sərbəstdir, amma küçəyə çıxmamaq tövsiyə olunur. Siz küçəyə çıxması məhdudlaşdırılan kateqoriyadan olan şəxssinizsə, maşınla da çıxa bilməzsiniz. Həyati obyektlərdə çalışan şəxslər öz avtomobillərindən istifadə edə bilərlər. Yerdə qalan vətəndaşlara 24 saat küçəyə çıxmaq qadağandır, istisna halları qeyd etmişik. Mağazaya getmək üçün öz yaşadığınız yerin yaxınlığındakına getməlisiniz. Bunun üçün də sizə maşın lazım olmayacaq. Marşrut və metro son qaydaya uyğun olaraq fəaliyyətini davam etdirəcək. Düzdür, bu gün metroda sıxlıq yaşandı. Amma bu qərarın tətbiqindən sonra daha sıxlıq olmayacaq.
Bakı Nəqliyyat Agentliyi situasiyanı daim təhlil edir. Onlar bu mövqedən çıxış edir ki, bu məhdudiyyətlərdən sonra ölkədə 2 milyondan az adamın fəaliyyətinə icazə veriləcək. Ona görə də dünənki, bugünki qədər avtobusların xəttə çıxmasına ehtiyac olmaya bilər. Ekspress marşrutlar da istifadəyə verilib.