-
- 24-11-2020, 13:02
- 656
COVİD-19 xəstəsi:“Evdə ürəyim sıxılırdı, dedim bir az fırlanım” - VİDEO
Bakıda yaşayış yerinin qanunsuz tərk edən aktiv iki nəfər COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.
DİN-dən News24.az-a verilən məlumata görə, ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb. O, saxlanılan zaman deyib ki, insanların sıx olduğu yerlərə getməyib: "Evdə ürəyim sıxılırdı, maşını götürüb bir az fırlanım".
Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Tibbi prosedurlar gözlənilməklə S.Əliyev yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Daha bir COVİD-19 xəstəsi isə Yasamal rayonunda saxlanılıb. 1977-ci il təvəllüdlü Rüfət Rəhimbəyli koronavirus testi pozitiv çıxdıqdan sonra dəfələrlə küçəyə çıxaraq gəzmiş və növbəti dəfə saxlanılaraq şöbəyə aparılıb.