-
- 23-11-2020, 16:14
- 725
Daha 3 koronavirus xəstəsi məsuliyyətə cəlb edildi
Yaşayış yerini tərk edən bir neçə koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan News24.az -a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Safıkürd kənd sakini Kəniş Həsənov və Boluslu kənd sakini Kamil Əliyev ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.
Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.
Bundan başqa, Şabran rayon sakini Faiq Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilib.
Lakin həmin şəxs yaşayış yerini tərk edərək, vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
F.Zülfüqarovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.