İsmayıllıda karantini pozan avtomobil ustaları CƏRİMƏLƏNDİ
    • 27-11-2020, 10:30
    • 375

İsmayıllıda karantini pozan avtomobil ustaları CƏRİMƏLƏNDİ

İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyini aşkar ediblər.

DİN-dən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin məntəqələrin fəaliyyəti dərhal dayandırılıb, avtomobil təmirçiləri-Hikmət Salihov və Fəzail Hüseynov barəsində cərimə protokolları tərtib olunub.