-
- 27-11-2020, 18:57
- 930
Polis məişət zorakılığına məruz qalanların qeydiyyatını aparacaq
Məişət zorakılığına ilk dəfə və təkrar məruzqalma hallarının qeydiyyatı qeydiyyatı polis orqanları tərəfindən aparılacaq.
News24.az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb.
Fəaliyyət Planına əsasən, 2020-2023-cü illərdə məişət zorakılığına dair vahid məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə məişət zorakılığına ilk dəfə və təkrar məruzqalma hallarının qeydiyyatının polis orqanları tərəfindən aparılması və bu məlumatların vahid məlumat bankına operativ şəkildə ötürülməsinin təmin edilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırıq verilib. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) də prosesdə iştirakı tövsiyə edilib.