Şuşa haqqında tanıtım video çarxı hazırlanıb - YENİLƏNDİ
    • 30-11-2020, 16:13
    • 1 351

Şuşa haqqında tanıtım video çarxı hazırlanıb - YENİLƏNDİ

Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş Şuşa şəhərinin gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlayıb.

Bu barədə News24.az-a agentlikdən bildirilib.

“Şuşa təbiəti, tarixi, mədəniyyəti, memarlığı ilə Qarabağın turizm mərkəzidir. Şanlı Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmanlıq dastanı yazaraq düşmən işğalından azad etdiyi Şuşanın gəzməli-görməli yerlərini təqdim edirik”- deyə agentliyin sədri Fuad Nağıyev qeyd edib.

Çarxda Şuşanın gəzməli-görməli yerləri, o cümlədən tarixi Şuşa qalası, şair, istedadlı rəssam və xeyriyyəçi Xan qızı Xurşudbanu Natəvanın evi, Şuşa şəhərinin mərkəzi meydanında inşa edilmiş Yuxarı Gövhər ağa məscidi, mərkəzdən 150 metr məsafədə yerləşən Aşağı Gövhər ağa məscidi, Daşaltı dərəsindəki “Çətir şəlaləsi”, XVIII əsrdə bir əkinçi tərəfindən aşkarlanan İsa bulağı, cıdır yarışlarının təşkil edildiyi və Novruz bayramlarının keçirildiyi Cıdır düzü haqqında məlumatlar təqdim olunur.

Xatırladaq ki, Agentlik bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı və Zəngilanın gəzməli-görməli yerləri haqqında video çarx təqdim etmişdi.

Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.