Laçınlı şairin atasının sevincdən ürəyi dayandı
    • 1-12-2020, 14:54
    • 396

Laçınlı şairin atasının sevincdən ürəyi dayandı

Laçınlı şair İlham Qəhrəmanın atası Umud Qəhrəmanov dünyasını dəyişib.
 
News24.az xəbər verir ki, bu barədə Kulis.az -a İlham Qəhrəman məlumat verib.
 
O, bildirib ki, Umud Qəhrəmanovun Laçının azad olunması xəbərini eşidəndən sonra gecə saat 2-də sevincdən ürəyi dayanıb.

Qeyd edək ki, Umud Qəhrəmanovun gözləri uzun müddətdir görmürdü. O, son günlərdə Laçına getməyə hazırlaşırmış.