Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla YAD EDİLDİ - VİDEO- FOTOLAR
    • 4-12-2020, 13:26
    • 859

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla YAD EDİLDİ - VİDEO- FOTOLAR

44 günlük Vətən müharibəsində öz qanından, canından keçən igid oğullarımızın əziz xatirəsinə həsr olunan xüsusi anım günü keçirilib. 

News24.az xəbər verir ki, canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da ölkənin bütün ərazisində bir dəqiqəlik sükutla yad edilib.
Sükut zamanı ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Bakı Dəniz Limanında yan alan gəmilər və paytaxt yollarında olan avtomobillər siqnallar verib.
Eyni zamanda, bütün dini ibadətgahlarda şəhidlərin əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

Sevda Bayramova
VİDEO - FOTO: Hüseyn Həsənov