Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad olunub
    • 26-02-2019, 17:05
    • 1 759

Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad olunub

Bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

News24.az xəbər verir ki, qeyd olunan saatda paytaxt Bakının küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

27 il bundan əvvəl törədilmiş bəşəriyyətin ən dəhşətli faciəsi olan Xocalı şəhidlərinin xatirəsi anılıb.