İtaliyalı deputatlar Ağdama səfər EDƏCƏKLƏR
    • 6-12-2020, 10:31
    • 457

İtaliyalı deputatlar Ağdama səfər EDƏCƏKLƏR

Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti bu gün Ağdam rayonuna səfər edəcək.


News24.az xəbər verir ki, italiyalı deputatlar işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olacaqlar. 

Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edəcəklər.

Qeyd edək ki, italiyalı deputatlar dünən oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə olub, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər. /apa.az