Fransa Parlamentinin üzvləri Gəncəyə səfər ediblər
    • 13-11-2020, 14:55
    • 473

Fransa Parlamentinin üzvləri Gəncəyə səfər ediblər

Azərbaycanda səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.

News24.az xəbər verir ki, fransalı senatorlar Gəncədə ermənilər tərəfindən atılan raketlər nəticəsində dağılmış ərazilərə baş çəkib, faciənin fəsadları ilə yerindəcə tanış olublar.

Onlar hadisə zamanı həlak olan şəxslərin xatirəsinə hörmət əlaməti olaraq əraziyə güllər düzüblər.