Zəfər Günü bayram siyahısına əlavə edildi
    • 7-12-2020, 17:25
    • 1 195

Zəfər Günü bayram siyahısına əlavə edildi

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin  onlayn  formatda iclası  keçirilib. 

News24.az xəbər verir ki, onlayn iclasda əvvəlcə  “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.  
Komitə  sədri Musa Quliyev bildirib ki, Əmək Məcəlləsinə təklif  olunan  dəyişikliklər ölkə başçısının  2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında  Anım gününün təsis edilməsi haqqında”  və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında”  Sərəncamlarından irəli gəlib. Layihəyə əsasən Əmək Məcəlləsinin 105-ci  maddəsində nəzərdə tutulan  bayram günlərinin siyahısına 8 noyabr -Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir. 

Digər bir  dəyişikliklə isə Məcəlləyə yeni - 106.1-ci  maddə əlavə  edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad  edilməsi  uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü  - “Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab edilir.  

Qanun layihəsi yekdilliklə Milli Məclisin plenar  iclasında baxılmaq  üçün  tövsiyə  edilib.