-
- 8-12-2020, 14:19
- 365
“Səhiyyə bir mərkəzdən idarə olunmalı, özəl klinikaları cəlb etməliyik”
“Təəssüf ki, payız- qış mövsümünun gəlməsi və havaların soyuması ilə əlaqədar olaraq bütün dünyada, o cümlədən də, ölkəmizdə koronavirusun yeni dalğası sürətlə yayılmaqdadır. Yoluxanların gündəlik sayı 4 mindən yuxarıdır, başqa sözlə, hər 5 nəfər testdən keçən şəxsin birində pozitiv nəticə aşkar olunur. Hələ bu qədər də neqativ nəticə ilə koronavirusun klinik simptomları olan xəstələri və simptomsuz yoluxanları göz önünə gətirsək, görülən tədbirlərə rəğmən vəziyyətin nə qədər ciddi olduğunu söyləyə bilərik”.
News24.az xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, müşahidələr onu göstərir ki, bu günlərdə əsas ağırlıq təcili yardım xidmətinin və koronavirusla mübarizə üçün ayrılmış klinikaların üzərinə düşür: “Son günlər isə, bu sahədə vəziyyət idarəolunmaz səviyyəyə yaxınlaşmaqdadır. Bütün gücləri birləşdirməyin, həyacan təbilini daha bərkdən çalmağın vaxtıdır.
Belə bir vəziyyətdə hesab edirəm ki, səhiyyə xidməti bir mərkəzdən idarə olunmalı, yaxud Səhiyyə Nazirliyi, Tibbi Sığorta Agentliyi və TƏBİB - in fəaliyyəti Nazirlər Kabineti səviyyəsində dəqiq koordinasiya olunmalıdır.
Stasionar müalicəyə ehtiyacı olanlar və evdə müalicəyə cəlb olunanlar ciddi çeşidlənməlidir. Bu gün artıq xəstəxanalarda yer yoxdur, elə xəstələr var ki, onların həyatı zamanında göstəriləcək tibbi yardımdan asılıdır.
Evdə müalicə üçün nəzərdə tutulan dərmanların çeşidi artırılmalı, antiviral dərmanlar bu siyahıya əlavə olunmalıdır. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondundan lazımi vəsait ayırmaq olar. Dərman dəstlərinin xəstələrə çatdırılması üçün hər rayonda könüllülərdən ibarət qruplar yaradıla bilər.
Millət vəkili qeyd edib ki, antiviral dərmanların ölkəyə gətirilməsi stimullaşdırılmalı, hər bir topdansatış dərman şirkətinin imkan və əlaqələrindən istifadə olunmalı və apteklərdə satışına icazə verilməlidir:
“Bu, bir tərəfdən dərman möhtəkirliyinin qarşısını alar, dərmanların qiyməti aşağı düşər, digər tərəfdən imkanı olanlar evdə müalicəsi üçün dərmanlarını özü alar, dövlət isə imkansız şəxslərin evdə müalicəsinə diqqəti artırmaq imkanı qazanar.
Başqa bir təklifim özəl klinikaların COVİD- li xəstələrin müalicəsinə cəlb olunması ilə bağlıdır. İndi koronavirusla müharibə gedir, belə bir vəziyyətdə hər kəs əlini daşın altına qoymalıdır. Mübarizə prosesinə daha çox qurumlar, o cümlədən, vətəndaş cəmiyyəti və özəl sektor da yaxından cəlb olunmalıdır. Hazırda bir nəfər koronaviruslu xəstənin stasionar müalicəsi ağırlıq vəziyyətindən asılı olaraq büdcəyə 100-150 manata başa gəlir. Həmin məbləği özəl klinikalara da köçürməklə və əlavə ödənişi xəstələrin hesabına həyata keçirməklə özəl xəstəxanaları kovidlə mübarizəyə cəlb etmək həm faydalı olar, həm də stasionardakı yataq yerləri ilə bağlı gərginliyi xeyli yumşaltmaq mümkündür.
Eyni zamanda koronavirus testlərinin də həm çeşidini artırmaq, həm də dövlət qiymətinə özəl klinikalara vermək lazımdır ki, insanlarımız çox xərc və əziyyət çəkmədən sağlamlıq vəziyyətləri barədə məlumat ala bilsinlər.
Operativ Qərargah mətbuatla daha sıx və açıq işləməli vətəndaşlara vəziyyət barədə gündəlik müfəssəl məlumat verməli, nöqsanların vaxtında aşkar edilib aradan qaldırılması üçün təşəbbüsləri artırmalıdır”.