Yağış Badamdarda sürüşməni intensivləşdirdi - VİDEO
    • 17-10-2018, 10:22
    • 954

Yağış Badamdarda sürüşməni intensivləşdirdi - VİDEO

Badamdar sürüşmə zonasında aktivlik dinamikası dayanmayıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumatda qeyd  edilir ki, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib:

“Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir”.
//Baku.tv