Metro yanvarın sonuna qədər işləməyəcək
    • 8-12-2020, 14:43
    • 453

Metro yanvarın sonuna qədər işləməyəcək

Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib.

News24.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb.