-
- Dünən, 22:51
- 71
Fotoqrafların xəyalı: 2025-ci ildə Şimal İşıqlarını görmək üçün ən yaxşı yerlər
Şimal işıqları və ya Aurora Borealis təbiətin ən maraqlı şoularından biridir. Səmada rəqs edən bu işıqlar bir çox insanın xəyallarını bəzəyir. Ola bilsin ki, son vaxtlar bu möhtəşəm təbiət hadisəsini görmək həmişəkindən daha asan olduğunu görmüsünüz. Əvvəllər Arktika Dairəsinə yaxın yerlərə getmək lazım idisə, indi Şimal İşıqlarını Britaniyanın cənubunda, Fransada, Belçikada, Danimarkada və ABŞ-ın bəzi yerlərində görmək mümkündür.
News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunun səbəbi günəşin 11 illik dövrünün zirvəsi olan "günəş maksimumuna" yaxınlaşmasıdır. Bu müddət 2025-ci ilin ortalarına qədər davam edəcək. Günəş maksimumunda koronal kütlə atılması (CMEs) adlanan böyük hissəciklər daha tez-tez baş verir. Bu hissəciklər Yer atmosferində oksigen və azotla qarşılıqlı təsirə girərək gözə çarpan rənglər yaradır. Fırtınalar nə qədər güclü olarsa, işıqlar bir o qədər cənubda görünür.
Gələn il Şimal İşıqlarını görmək istəyirsinizsə, ən yaxşı istiqamətlər bunlardır: İslandiya, Norveç, İsveç Laplandiyası, Finlandiya, Qrenlandiya, Şotlandiya və Kanada.
Ancaq şəhərinizdən Şimal İşıqlarını görmək ümidinizi itirməyin. Sizə nə vaxt səmaya baxmaq lazım olduğunu söyləyən bir çox platforma var: məsələn, AuroraReach.
AuroraReach Şimal İşıqlarının şəhərinizdə və ya başqa yerdə göründüyünü göstərən onlayn vasitələrdən biridir. Məsələn, biz Bakı məkan olaraq seçdiyimiz zaman heç bir yaxın və ya qarşıdan gələn fəaliyyət görünmür. Ancaq məkanı Rusiya olaraq seçdiyimiz zaman ölkənin liman yaşayış məntəqələrindən biri olan Diksonda 3 gün ərzində çətin olsa da, Şimal işıqlarının görünə biləcəyi ilə bağlı məlumatlar var.
Şəhər və ya ölkə üzrə ən yaxşı istiqamətlər siyahısına daxil olmaq üçün vebsayta daxil olduqdan sonra yuxarıdakı DESTINATIONS sekmesini vurub şəhər (Şəhərlər) və ya ölkə (Ölkələr) seçimlərindən birini seçə bilərsiniz. Bu təbii hadisəni qaçırmamaq üçün AuroraReach-i əlfəcinlərinizə əlavə edib tez-tez yoxlaya bilərsiniz.