-
- 10-12-2020, 13:40
- 478
İlham Əliyev: "Azərbaycan əsgəri bir amalla vuruşurdu ki, işğala son qoyulsun"
“Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdur. Əslində, Ermənistanın aqressiv, təcavüzkar siyasəti hələ ötən əsrin 80-ci illərinin sonlarından başlamışdır”, - dövlət başçısı bildirib.