"Biz qisasımızı döyüş meydanında alacağıq" - Prezident İlham Əliyev
    • 17-10-2020, 10:35
    • 690

"Biz qisasımızı döyüş meydanında alacağıq" - Prezident İlham Əliyev

"Bu bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. İlk dəfə deyil ki, Ermənistan mülki əhaliyə atəş açır və mülki insanlar həlak olur. Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə əməliyyat-operativ raket kompleksləri ilə atəş açmağa görə cavab verməlidirlər və verəcəklər. Biz qisasımızı döyüş meydanında alacağıq. Biz heç vaxt mülki əhalini vurmayacağıq. Biz erməni deyilik. Bu, Ermənistanla Azərbaycan arasındakı fərqdir. Öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq". 

News24.az-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, namərd atəş nəticəsində vətəndaşlarımız həlak olub: “Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bu amal ətrafında bütün Azərbaycan xalqı birləşib və bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir. Gedən döyüşlərdə müzəffər Azərbaycan Ordusu düşmənləri bizim torpağımızdan qovur və qovacaq".