-
- 10-12-2020, 18:08
- 584
Bakıda mənzildən qadın meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, müraciətlə əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu təcili xilasetmə tədbirlərinin görülməsi üçün həmin ünvana cəlb olunub. Təlimata uyğun həyata keçirilən tədbirlər nəticəsində giriş qapısı açılıb və mənzilə baxış keçirilib.
Mənzildə aşkarlanan 1974-cü il təvəllüdlü Səfərova Mətanət Tofiq qızının meyiti aidiyyəti üzrə təhvil verilib.