Bakıda mənzildən 70 yaşlı qadın meyiti tapıldı
    • 25-03-2019, 17:09
    • 1 205

Bakıda mənzildən 70 yaşlı qadın meyiti tapıldı

Bakıda mənzildən 70 yaşlı qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Həsənova Rima Yusif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.