-
- 11-12-2020, 20:12
- 1 836
"Gözüm qapıda qalmışdı, deyirdim indi balamın tabutu gələcək" - ŞƏHİD FUAD HAŞIMOVUN ANASI - VİDEOREPORTAJ
“Balam sentyabrın 25-i evdən çıxdı, oktyabrın 25-i səhər 8-də evə tabutu gəldi. O mənə müharibədə iştirak etdiyini deməmişdi. Sonuncu dəfə onunla oktyabrın 19-u danışmışam. Dedi ki, təlim keçirəm”.
Bu sözləri Xüsusi Təyinatlı Qüvvələrdə Kəşfiyyatçı İstehkamçı üzrə xidmət göstərən, Azərbaycan bayrağını Cəbrayıla ilk sancanlardan olan, Füzuli, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən, Hadrutun alınmasında böyük qəhrəmanlıq göstərən və Xocavəndin Tuğ kəndində qərhəmancasına şəhid olan Fuad Haşımovun anası Süsən Haşımova deyib.
Şəhid anası bildirib ki, müharibə başlayan zaman 4 gün Fuadla əlaqə saxlaya bilməyib: “Gözüm qapıda idi. Deyirdim ki, bu saat tabutu gələcək. Onunla bağlı arzularım var idi. Deyirdim ki, müharibə bitsin səni evləndirəcəm. Ondan bizə bir nişan da qalmadı”.
24 yaşlı şəhidin atası Ceyhun Haşımov oğlu haqda danışarkən bildirib ki, oğul vətəni qorumaq üçün gərəkdir: “Həyatın qanunu belədir. Kişi dünyaya bir dəfə gəlir, bir dəfə də gedir. Dedi ki, ata, məndən nigaran olma. Oğlan uşağnın borcu odur ki, ana və bacıların qeyrətini çəksin. Şəhid xəbərini alan gün gördüm ki, bütün qohum-əqraba təşviş içindədir. Dedilər yaralanıb, ağırdır. İnanmadım. Dedim ki, uşaq deyiləm. Oğlum şəhid olub. O vətən uğrunda şəhid olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun”.
News24.az şəhid Fuad Haşımovun ailəsndən hazırladığını videoreportajı təqdim edir:
Teymur Məmmədov
FOTO - VİDEO: Hüseyn Həsənov