-
- 17-10-2018, 12:30
- 1 036
“Gəlinlik geyinmək qismət olmadı, İlqarəyə hamilə qaldım”
Xalq artisti Aygün Kazımova “Altın Kelebek” mükafatlandırma mərasimi üçün çəkilən “Böyük dəyişim” filmində maraqlı açıqlama edib.
News24.az xəbər verir ki, pop diva həyatının keşməkeşli yollarından danışıb:
“İstəmərəm ki, mənim ayağıma dəyən daşlar qızımın ayağına dəysin. Çünki həyatımda elə çətinliklər olub ki, insanın onlara dözməsi mümkün deyil. Hər dəfə bitdi dediyim anda bir işıq açılıb yoluma”.
O, ailənin arzu olunmayan övladı olduğunu da dilə gətirib:
“Anam hamilə olanda düşünmüşdülər ki, ailədə qız və oğlan övladı var və artıq yetər. Mən fəhlə ailəsində dünyaya gəlmişəm. Atam fəhlə, anam isə işləmirdi. Bacım danışır ki, anam mənim doğulmamağım üçün bir çox yollara əl atmışdı. Ağır çəkilər qaldırırdı, isti vannalar qəbul edirdi. Anam nənəm və rəfiqələri ilə nə planlar çızsa da alınmadı. 7 aylığında anamın ağrıları başladı və düşünürdülər ki, mən dünyaya sağlam gəlməyəcəyəm. Hətta atam belə xəstəxanaya getməmişdi. Mənim adım haqda düşünəndə isə bacım yuxulu vəziyyətdə Aygün demişdi”.
Atası tərəfindən sevilməyən Aygün Kazımova, sonradan necə onun sevimlisinə çevrildiyini də açıqlayıb:
“Evdə heç kim olmayanda atam qərara gəlib ki, bələyi açıb məni görsün. Atam deyir ki, “Səni görəndə sanki ürəyimi açıb səni içinə qoydular”. Mən atamın müharibəyə gedib qayıtmayan qardaşına oxşayırdım”.
İfaçı uşaqlıqda torpaq yeməyi çox sevdiyini bildirib:
“Torpaq yeməyim çox böyük problemə çevrilmişdi. Yəqin ki, hansısa vitamin çatışmazlığı olub. Yadımdadır ki, evə qonaqların gəlməsini həsrətlə gözləyirdim. Anam ayaqqabıları qoymaq üçün xüsusi yer düzəltmişdi və oranı da pərdə ilə örtmüşdü. Mən həmin pərdənin arxasında gizlinib ayaqqabıların altındatı torpağı yeyirdim. Yağış yağanda isə xüsusi ilə sevinirdim. Çünki o zaman ayaqqabilarda daha çox palçıq olurdu.
A.Kazımova bağçada olan sevgisindən də söz açıb:
“Çox ərköyün idim. Buna görə də bağçaya gəlməyimlə çıxmağım bir oldu. Çünki hara getsələr məni aparırdılar. Mənə xüsusi diqqət ayırırdılar. Ona görə də başqa yerdə qalmaq mənim üçün böyük sress idi.
Bir neçə saat bağçada qalmışdım və Vitalik adlı oğlana aşiq olmuşdum. O anasına “Mən Aygünü sevirəm” deyirdi”.
Atasını vaxtsız itirən Aygün Kazımova həmin dövrlər dərin stress keçirdiyini də dilə gətirib:
“Atamın sayəsində mən həm idmana həm də musiqiyə getdim. Bilirsiniz ki, həmin dövrlər Azərbaycanda qızın idmanla məşğul olması, müğənni olması çox çətin idi.
Atam birdən xəstələndi və dünyasını dəyişdi. Bu mənim həyatıma bir başa təsir etdi. Artıq idmana və oxmağa getmək mənim üçün çətinləşdi. Bu da mənim psixologiyama bir başa təsir etdi. Pis bir dönəmdən keçdim”.
Pop diva ailə qurmasından və döyüşə yollanmasından da danışıb:
“İfa etdiyim “Yarım eşitsin məni” mahnısından sonra sanki həqiqətən də eşitdi və məni qaçırtdı. Beləliklə planlaşdırılmamış ailə həyatı qurdum.
Hətta gəlin paltarı belə geyinə bilmədim. Ailə qurduğum il də İlqarəyə hamilə qaldım. Elə 89-cu ildən 90-cı ilə keçən gecə mən elə hamilə ola ola 11-ci Qızıl Orduda idik. Yoldaşım orada ev tutmuşdu. Bütün bu olanlar ətrafımızda baş verirdi. Hadisələr bizim üçün böyük dərdə çevrilmişdi. Çox istəyirdim ki, orada olum. Elə alındı ki, qismətdən mən də bir batalyonla tibb bacısı kimi döyüşə getdim. Mənə özəl yığma avtomat verilmişdi. Batolyonda bir qız mən olduğum üçün dedilər ki, mühasirəyə düşsək birinci Aygünü vurmaq lazımdır. Təbii ki, mən də hər şeyə hazır idim. Bir anlıq hər şey gözümün qarşısından keçdi. Düşündüm ki, bu da son... ”
Teymur Məmmədov