Hərbi əsir Amin Musayev Azərbaycana qaytarıldı? - XALASI AÇIQLADI
    • 14-12-2020, 19:36
    • 725

Hərbi əsir Amin Musayev Azərbaycana qaytarıldı? - XALASI AÇIQLADI

Bu gün sosial şəbəkələrdə müharibə dövründə əsir düşmüş Amin Musayev haqqında yenidən xəbərlər yayılıb. Bildirilib ki, A. Musayev artıq Azərbaycana qaytarılıb. Xəbərlərin nə dərəcədə doğru olub-olmamasını araşdırmaq üçün hərbi əsirimizin ailəsi ilə əlaqə saxladıq.

Amin Musayevin xalası Nübar Abadova bununla bağlı News24.az-a açıqlama verib:

"Hələ ki, Aminin qayıtması ilə bağlı rəsmi bir xəbər yoxdur. Biz də hər kəs kimi bu barədə sosial şəbəkələrdə oxumuşuq. Amma nə dərəcədə doğru olduğunu bilmirik. Aminin ailəsi bütün Azərbaycan xalqı kimi onun qayıtmasını gözləyir".

Qeyd edək ki, Amin Musayev Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş üç hərbi qulluqçumuzdan (digərləri Rüstəm Ruslanov və Bayram Kərimovdur) biridir. Azərbaycanlılar dünyanın hər yerindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə onların tezliklə qaytarılması üçün qurumun fəaliyyətə keçməsi məqsədilə çağırış ediblər. Göstərilən bütün səylərə baxmayaraq, Musayev və digər hərbi əsirlərlə bağlı dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Sevda Bayramova