Azərbaycanda dövlət xətti ilə dəmir yoluna investisiyalar 20 % artıb
    • 13-11-2020, 18:03
    • 319

Azərbaycanda dövlət xətti ilə dəmir yoluna investisiyalar 20 % artıb

2019-cu ildə Azərbaycanda dövlət xətti ilə dəmir yolu təsərrüfatına 887,366 milyon manat investisiya qoyulub.

News24.az
bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu, 2018-ci illə müqayisədə 20 % çoxdur.

Bu ilin əvvəlinə səhmdar cəmiyyəti üzrə dövlət investisiyalarının məbləği 2 792,824 milyon manat olub. Bu da ötən ilin əvvəlinə nisbətən 46,6 % çoxdur.