Bu il 2 842 əkiz, 96 üçəm, 4 dördəm doğulub
    • 16-12-2020, 14:13
    • 445

Bu il 2 842 əkiz, 96 üçəm, 4 dördəm doğulub

Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 106569 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil etmişdir. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 2842-si əkiz, 96-sı üçəm, 4-ü isə dördəm doğulanlardır.