Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı
    • 17-12-2020, 13:13
    • 436

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı

Oğurluq etdiyinə görə tutulan şəxsin başqa cinayətləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş S.Həsənovun ətrafında apardıqları əməliyyat tədbirləri keçiriblər.

Onun rayon ərazisindəki 3 mənzildən ümumilikdə 2 010 manat pul, 5 350 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.