Nənə yaşyarımlıq nəvəsini sobada bişirdi
    • 17-10-2018, 15:18
    • 1 309

Nənə yaşyarımlıq nəvəsini sobada bişirdi

Nənə 20 aylıq nəvəsinin ölümündə günahlandırılır.

Yaşyarımlıq körpənin ölümünə görə nənəsi şübhəli kimi saxlanılıb.

Missisipi ştatının Bolivar əyalətində evdən körpə uşaq cəsədi tapılıb. Hadisə yerinə gələn polislər bildirib ki, körpə bıçaqlanıb, sonra da yandırılıb.
Deyilənlərə görə, körpəni nənəsi bıçaqlayıb, sonra da sobada bişirib.

Uşağın sobada və ya bıçaqlanaraq ölməsi barədə dəqiq məlumat yoxdur.

Hadisə yerinə gələn polislər uşağın nənəsini şübhəli kimi tutublar.

Dəhşətli hadisə ilə bağlı araşdırma aparılır.

"Ailə üzvlərindən biri evə girdikdə körpəni sobadan tapıb. O, polisə zəng vuraraq vəziyyəti başa salıb.
Cinayətin səbəbi və törədən şəxsin kimliyi dəqiq bilinmir. Faktla bağlı araşdırma aparılır", - şerif söyləyib.

//Milli.Az