Nənə nəvəsini doğradı - Dəhşətə gətirən səbəb - VİDEO
    • 29-12-2018, 14:16
    • 1 568

Nənə nəvəsini doğradı - Dəhşətə gətirən səbəb - VİDEO

Nənə nəvəsini öldürüb, elektrikli mişarla cəsədini hissələrə ayırıb.

63 yaşlı qadın nəvəsinin başına tava ilə dəfələrlə vuraraq onu qətlə yetirib.

Adı mətbuatda Lüdmila R. kimi keçən qadın nəvəsinin ölümündə ittiham olunsa da, həbs edilməyib.

Buna səbəb isə nəvənin nənənin həyatını "burnundan gətirməsidir". Belə ki, 42 yaşlı oğlan sərxoş haldaykən qadını zorlamaq istəyib.

"İçib gəlmişdi, məni keçmiş arvadı ilə səhv saldı, zorlamaq istədi", - deyə Lüdmila ifadəsində söyləyib.

Hadisə Rusiyanın Xabarovsk vilayətində baş verib. Qadın tava ilə nəvəsini öldürdükdən sonra onun cəsədini elektrikli mişarla doğrayıb.

Qeyd edək ki, Lüdmila sərbəst buraxılsa da, 23 ay müddətinə şəhəri tərk edə bilməz.

//MilliAz