Şəhid ailələri üzvlərindən daha 1 300-dək şəxsə pensiya təyin olunub
    • 18-12-2020, 17:02
    • 808

Şəhid ailələri üzvlərindən daha 1 300-dək şəxsə pensiya təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən şəhid ailəsi üzvlərinə müvafiq sosial ödənişlərin təyinatı işləri davam etdirilir.

Nazirlikdən News24.az-a verilən məlumata görə, Fond 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən artıq 1 300-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin – Prezidentin aylıq təqaüdünün, həmçinin pensiya və müavinətlərin təyinatını həyata keçirib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.