Şabranda icazəsiz evi tərk edən COVID-19 xəstəsi SAXLANILDI
    • 19-12-2020, 10:46
    • 472

Şabranda icazəsiz evi tərk edən COVID-19 xəstəsi SAXLANILDI

Şabran rayonunda icazəsiz evi tərk edən COVID-19 xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a bildirilib ki, rayon sakini M.Zəkiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adı çəkilən şəxs karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Zəkiyevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.