COVID-19 xəstəsi yaşayış yerini icazəsiz tərk edib
    • 26-10-2020, 16:43
    • 597

COVID-19 xəstəsi yaşayış yerini icazəsiz tərk edib

Quba rayon sakini Gülbaba Abdullayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan G.Abdullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.