Yevlaxda karantin rejimini pozan kafe aşkarlandı
    • 19-12-2020, 12:08
    • 520

Yevlaxda karantin rejimini pozan kafe aşkarlandı

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən kafe aşkar edilib.

Kafedə olanlardan 4 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub. Kafenin sahibi Şahin Məmmmədov barəsində isə protokollar tərtib edilərək baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.