-
- 20-07-2020, 13:17
- 681
Bərdədə karantin rejimini pozan şəxslər həbs edildi
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə Regional qrupundan News24.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Zümürxan kəndi ərazisində Q.Bayramlıya məxsus kafenin rayon ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.
Q.Bayramlı və kafenin müştəriləri - F.Əliyev və B.Hümbətov karantin qaydalarını pozmuş və sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddələri ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.