Bakıda inşası başa çatmamış evdən oğurluq edildi
    • 19-12-2020, 13:32
    • 434

Bakıda inşası başa çatmamış evdən oğurluq edildi

Bakıda inşası başa çatmayan evdə oğurluq olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan R.Əsgərovun ətrafında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının aparıldıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki inşası başa çatmamış evlərin birindən 1 155 manat dəyərində 2 200 metr elektrik naqili oğurlaması da müəyyən edilib.