Bakıda evdən 5 min manatlıq oğurluq OLUB
    • 10-04-2020, 12:45
    • 920

Bakıda evdən 5 min manatlıq oğurluq OLUB

Bakıda mənzildən 5 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində 3000 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.Şirxanov saxlanılıb.

Araşdırma aparılır.