-
- 17-10-2018, 20:00
- 923
BNA-dan sürücülərə xəbərdarlıq
Bakı Nəqliyyat Agentliyi, paytaxtda hökm sürən yağışlı hava şəraiti ilə bağlı bəzi yolların sürət həddində dəyişiklik edib. BNA-nın News24.az-a verdiyi məlumata görə, "Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heyder Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən nəqliyyat vasitələrini yollarda sürət həddinə əməl edərək, metereoloji amilləri nəzərə alaraq və digər hərəkət iştirakçılarına qarşı anlayışla idarə etmələrini xahiş edirik.
Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".
Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".