Ağdaşda gizli fəaliyyət göstərən çayxana aşkar edilib
    • 21-12-2020, 15:55
    • 433

Ağdaşda gizli fəaliyyət göstərən çayxana aşkar edilib

Ağdaş şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə,  Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində Tamerlan Allahverdiyevin qanunsuz olaraq çayxana işlətdiyi məlum olub. Obyektə baxış zamanı orada olan on beş müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib.

İcarədar T.Allahverdiyev və müştərilər Polis Şöbəsinə dəvət olunub.

Onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.