Kələm dolmasının içindən narkotik aşkarlandı - Foto
    • 21-12-2020, 16:35
    • 506

Kələm dolmasının içindən narkotik aşkarlandı - Foto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

News24.az-ın verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin 234.1 və 178.2.2-ci maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan İsmayılov Taleh Mahir oğluna tanışı Xırdalan şəhər sakini Möhsümova Sevil Əşrəf qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Bu zaman plastik qabda olan kələm dolmasının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,456 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 1,070 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.