40-a yaxın itkin hərbçi axtarılır, 60-dan çoxunun identifikasiyası aparılır
    • 21-12-2020, 17:46
    • 476

40-a yaxın itkin hərbçi axtarılır, 60-dan çoxunun identifikasiyası aparılır

Hazırda Vətən müharibəsində itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması üzrə işlər davam etdirilir.

News24.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər də gedir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.